"Tərtər işi" ilə bağlı müsahibə vermişəm və demişəm ki, dövlətimiz bu işlə məşğuldur, işgəncə verənlər, vətənə xəyanət edənlər də dövlətimiz tərəfindən daha ciddi araşdırılıb üzə çıxarılacaq, cəzalanacaqlar. Mənə deyirlər ki, Tərtər məsələlərini müdafiə etmisən. 10 ay bundan əvvəl nə deyə bilərdim?"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, ötən bu on ay müddətində daha ciddi məsələlər baş verib: "10 aydan sonra olsa idi, daha başqa cür müsahibə vermək olardı. O vaxt başqa nə deyə bilərdim? Səbr etmək, dövlətimizə güvənmək lazımdır. Bu məsələ ilə bağlı hər şey aydınlaşacaq. O insanlar bizim əsgərlərin, zabitlərin koordinantını erməniyə veriblər və nəticədə böyük sayda əsgərimiz tələf edilib. Burada xəyanət var. Bunu da heç kim inkar edə bilməz. Xəyanət etməyənlərin incidilməsi, məsuliyyətə cəlb edilməsi və onlara işgəncə verilməsi yolverilməzdir. Dövlətimiz bu işlə ciddi şəkildə məşğuldur".
Anar Kəlbiyev