Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tviterdə yazıb.
“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə o bildirib.