Azərbaycanın Tehrandakı səfirliyinə hücumun daha bir görüntüsü yayılıb.
"Unikal" xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, terrorçu öz avtomobili ilə səfirliyə yaxınlaşıb, əlindəki avtomatla içəriyə daxil olub. Diqqət çəkən məqamlardan biri də səfirliyin mühafizəsini təşkil edən İran polisi həmin cinayətkara qarşı heç bir hərəkət etməyib.