“Rusiyanın qarşıdan gələn yaz hücumu uğurlu olarsa, o zaman NATO ölkələri belə bir sualla qarşılaşacaq: biz Ukrayna uğrunda döyüşmək üçün əsgər göndərməliyikmi? Bu, Amerika xalqının düşündüyü kimi deyil, ancaq müharibənin genişlənəcəyi təqdirdə ölkələri viran qalacaq Avropalıların sayı getdikcə artır”
"Unikal" xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bunu beynəlxalq media konfransının spikerləri ilə görüşdə deyib.
Orbanın sözlərinə görə, Qərbin “böyük problemləri” var.
O, bildirib ki, reallıq ondan ibarətdir ki, Qərb “Rusiya ilə müharibə aparır” və “hər gün bu məsələdə daha da irəli gedir”.
Bundan əvvəl Viktor Orban Budapeştin Aİ-nin Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalarına veto qoyacağını bildirmişdi . Macarıstanın baş nazirinin sözlərinə görə, Aİ hazırda yeni sanksiya planları hazırlayır.