Dünyanın ən dinc və xoşbəxt ölkələrindən biri olan Norveçdə gənc ədliyyə naziri Emilie Enger Mehl tənqid atəşinə tutulub.
"Unikal" xəbər verir ki, ötən yay İtaliyada istirahəti zamanı çəkilmiş foto və videoları sosial şəbəkədə paylaşaraq ölkə gündəminə gələn 1993-cü il təvəllüdlü nazir yenidən müzakirələrə səbəb olub. Belə ki, 29 yaşlı nazir iş üçün verilən telefona uyğun olmayan sosial media platformasını endirib.
Bildirilib ki, Mehlin iş telefonunda tətbiq Çində yerləşən "Bytedance" şirkətinə məxsus "TikTok"dur. Norveçdə müxalifət partiyaları da Mehlin məsuliyyətsiz hərəkət etdiyini açıqlayıb.
Bundan sonra Mehl yerli KİV-ə danışıb:
"Mən "TikTok"dan ağıllı şəkildə istifadə edirəm. Amma buradakı məlumatların yersiz istifadə oluna biləcəyini də bilirəm".
Mehl həmçinin 1,2 milyon norveçlinin "TikTok"dan istifadə etdiyini bildirib. O, həmçinin açıqlamasında bu proqramı iş telefonundan sildiyini və şəxsi telefonunda istifadə etdiyini də bildirib.
Gülayə Mecid