Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 02.02.2023 tarixində Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və müasir gənclik” adlı tədbir olub.

"Unikal" xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi” sektorunun müdiri Elşən Hüseynov təbrik-çıxışlarında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycan dövlətinə sahib dura biləcək sağlam düşüncəli gənc nəslə xüsusi qayğı göstərildiyini xüsusi vurğuladılar.Eyni zamanda Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan bir çox müvafiq sənədlərdə gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinin, təşkilati-hüquqi əsaslarının aydın əks olunduğunu qeyd etdilər. 

ATMU-nun Turizm biznesi kafedrasının dosenti Tərlan Növrəsli Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı,ölkə rəhbəri İlham Əliyevin gənclərlə bağlı siyasətinin əhəmiyyətindən söz açdı.Təbrik çıxışını özünün yazdığı “Mən şairəm” və “Külək” adlı şeirləri  ilə tamamladı.Tədbirin gedişatında ATMU-nun “Menecment” ixtisası üzrə təhsil alan tələbəsi Altun Əsədzadə “Vətən uğrunda” mahnısını ifa etdi. 

2 Fevral- "Azərbaycan Gənclər Günü" münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) sosial həyatında nümunəvi fəaliyyəti və fəallığı ilə fərqlənən  universitet tələbələrinə rektor İlham Mədətov və AR Gənclər və İdman Nazirliyinin  “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi” sektorunun müdiri Elşən Hüseynov tərəfindən sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.