Fransanın İstanbuldakı Baş Konsulluğu bu şəhərdəki fəaliyyətini müvəqqəti dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.
Bu, artıq İstanbulda fəaliyyətini dayandıran beşinci konsulluqdur. Bundan əvvəl İsveç, Hollandiya, Böyük Britaniya və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçilərin qəbulunu dayandırdıqlarını bildiriblər.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın terror aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarını bağlamasını ölkəyə qarşı "psixoloji müharibə" adlandırıb.
Ağarza Elçinoğlu