Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevral ayının 2-də Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, siyasətçilər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib. Qeyd olunur ki, tərəflər Ermənistan-Rusiya münasibətləri ilə bağlı məsələlərə də baxıblar.
Ağarza Elçinoğlu