"Naxçıvan" Universitetinə yeni rektor təyin edilib.

"Unikal" xəbər verir ki, əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan Anar Kazımov "Naxçıvan" Universiteti təsisçisinin qərarı ilə bu vəzifəyə gətirilib.

Yeni rektor bu gün kollektivə təqdim edilib. Dosent Anar Kazımov bu təyinatdan əvvəl Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.