Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanova Rusiya “Ximki”sində yeni vəzifə verilib.
"Unikal" xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, 58 yaşlı mütəxəssis əvəzedici komandanın baş məşqçisi təyin olunub.
O, daha əvvəl “Ximki”nin U-19 komandasına rəhbərlik edirdi.
Qeyd edək ki, Nazim Süleymanov ötən ilin sentyabrından Rusiya klubunda çalışır.