Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
"Unikal" xəbər verir ki, komanda 19-cu turda səfərdə "Slaven"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Mahir oyunun 46-cı dəqiqəsində Petar Boçkayın əvəzinə meydana çıxıb və sonadək mübarizə aparıb.