Almaniya Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” klubu öz meydanında “Rodinqhauzen”lə qarşılaşıb.
Görü. "Şalke-2"nin 4:1 hesablı qələbəsi ilə sona çatıb.
Start heyətində meydana çıxan Rüfət sonadək mübarizə aparıb. Hücumçu 19 və 23-cü (penaltidən) dəqiqədə fərqlənməklə dubl edib.