“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Zamin Salayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.