Suriyada baş vermiş zəlzələdən sonra ən azı 20 məhbus saxlandıqları həbsxanadan qaçıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Suriyadakı dəhşətli zəlzələdən sonra ölkənin şimal-qərbindəki həbsxanada məhbuslar qiyam edib və ən azı 20 nəfər qaçıb. Qaçanların arasında əsasən İŞİD terror qruplaşmasının üzvlərinin olduğu bildirilir.