“Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlardan birinin Azərbaycan vətəndaşı olması ilə bağlı təsdiqlənmiş məlumat var”.
"Unikal" xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir bildirib ki, zəlzələ baş verəndən bu günə qədər 1980-ci il təvəllüdlü Nailə Bünyatova adlı bir xanım haqqında təsdiq olunmuş məlumat var: “Bələdiyyə onu xilasedicilərdən təhvil alıb. Onun cənazəsi hazırda Kahramanmaraşda saxlanılmaqdadır. Onun valideynləri, Bakıda və ya buradakı qohumlarından dəfn yerini öyrənmək istəyirik. Əgər onun dəfninin Azərbaycanda olması istənilərsə, dövlətimiz ona yardım göstərəcək və onun nəşini Azərbaycana göndərəcəyik”.