Avropa İttifaqı Türkiyəyə 30-dan çox qrupda 1180-dən çox xilasedici göndərib .
"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Balazs Uivari brifinqdə bildiri.
“Bu günə kimi 19 Aİ ölkəsindən, həmçinin Monteneqro və Albaniyadan 30-dan çox xilasetmə qrupu və tibbi qruplar göndərmişik. Onların ümumi sayı 1185 nəfər olub, qruplara 79 axtarış iti də daxil olub”, - Aİ nümayəndəsi bildirib.
Artıq AB-nin 11 xilasetmə qrupu Türkiyəyə gedib. Aİ də zərər çəkmiş bölgələrə iki həkim qrupu göndərib. Avropa Komissiyasının saytında yardımın məbləğinin artırıla biləcəyi bildirilir .