Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı bir milyondan çoxdur.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
M.Musayev sahibkarları bu işdə fəal iştirak etməyə çağırıb:
“Azərbaycan Türkiyəyə yardım məqsədi ilə edilən dəstək təşəbbüsə qoşulan ilk ölkədir. Sahibkarların etdiyi ianələrin məbləği hesablandıqdan sonra dəqiq məlumat veriləcək”.