Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda 725 əməkdaşı zəlzələnin fəsadlarının aradan qaldırılması işinə cəlb edilib.
"Unikal" xəbər verir ki, həmin şəxslərdən 41 nəfəri tibbi heyətdir.
Hazırda həmin şəxslərin bir qrupu Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.