"Səyyar qəbul otağı" bu dəfə Yevlax rayon sakinlərinin müraciətlərinin dinlənilməsi üçün qurulub.
"Unikal" xəbər verir ki, ilk olaraq Tərtər RQİİ-nin rəisi çıxış edərək aksiyanı açıq elan edib. Daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar. Rafiq Balakişiyev, Asif Məmmədov və Qədir Məmmədov istehlak edilən qaza görə onlara yazılan debitor borcun yenidən araşdırılmasını istəyiblər.
Yevlax rayonunun Aşağı Bucaq kəndindən qatılan Röyal Əkbərov küçə qaz xəttinin çəkilməsini xahiş edib. Səslənən 15-ə yaxın müraciətlər arasında 6 saylı uşaq bağçasının qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi kimi məsələlər də yer alıb.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.