Türkiyəli aktyor Oktay Kaynarca sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, aktyor vətəndaşlarımızın birlik olaraq qardaş ölkəyə yardımı barədə bunları yazıb:
"Belə birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün ölkə, Azərbaycan da daxil olmaqla zəlzələ bölgəsindəkilər kimi ağrı çəkir. Ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməklərindən utanırlar. Möhtəşəm birlik örnəyidir. Ürəyinə sağlıq, mənim öz millətim".