“Kontakt” mağazalar şəbəkəsi Türkiyənin cənub-şərqində baş verən zəlzələ ilə bağlı geniş humanitar yardım aksiyasına başladıb və Azərbaycanın 7 bölgəsindəki mağazasında “Humanitar Yardım Məntəqələri” təşkil edib. Bu barədə məlumatı şirkət öz sosial media hesabında paylaşıb.
Region əhalisi göndərmək istədikləri yardımları fevralın 12-dək aşağıdakı “Kontakt Home” mağazalarına təhvil verə bilər:
-Gəncə şəh., Nizami küç. (Bayraq meydanın yaxınlığı)
-Mingəçevir şəh., M. Maqomayev küç. (5+ marketin yanı)
-Sumqayıt şəh., 10-cu mkr., Babək küç., 10 (“Gold Qayalı”nın yanı)
-Göyçay r-nu, M. Hüseynzadə küç., ev 31
-Zaqatala şəh., F. Əmirov küç., Zaqatala mall (2 və 3-cü mərtəbə)
-Lənkəran şəh, İ. Səmədzadə küç., ev 50
-Quba r-nu, H. Əliyev pr., 129
Daxil olan bütün yardımlar Bakı Əl Oyunları Sarayındakı humanitar yardım məntəqəsinə çatdırılacaq və dövlət xətti ilə Türkiyəyə göndəriləcək.
Xatırladaq ki, “Kontakt” daha öncə də zəlzələdən zərər çəkən Türkiyə əhalisinə dəstək məqsədilə toplam 350 000 TL məbləğində həm böyüklər, həm də uşaqlar üçün tam yeni isti geyimlər, yorğan, ayaqqabı və digər ilkin ehtiyac əşyalarını alaraq qardaş ölkəyə göndərib.