Barselona metrosunda baş verən yanğın nəticəsində 137 nəfər tüstüdən zəhərlənib, onlardan 40-ı xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti yazıb.
Məlumata görə, yanğın dünən axşam saatlarında Clot və Gloriès stansiyaları arasında baş verib. Qatar maşinisti alovu 50 metr məsafədən görüb, təcili əyləc edib və təcili yardım xidmətlərinə zəng edib. Belə hallarda yanğınsöndürənləri gözləmək tövsiyə olunsa da, vaqonlardakı qatı tüstü nəfəs almağı mümkünsüz edib. Daha sonra sərnişinlər qapıları açaraq tuneldən qaçıblar. Yanğın zamanı metroda təxminən 300 nəfər olub.

























































