Saatlı rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən "Unikal"a verilən xəbərə görə, Dəlilər kəndində ümumi sahəsi 48 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə və içərisində “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.