Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla), Şamaxı, Xaçmaz, Quba, Lənkəran, Gəncə, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı və Bərdədəki turizm informasiya mərkəzləri ləğv olunub.