Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşündən sonra jurnalistlərinə müsahibə verib.
"Unikal" xəbər verir ki, ölkə rəhbəri görüşün konstruktiv keçdiyini açıqlayıb.
"Bir çox məsələ müzakirə olundu. O cümlədən, Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir", - prezident qeyd edib.