Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

"Unikal" xəbər verir ki, aksiya gecə boyu da davam edib.

İştirakçılar günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.