23 fevral 2023-cü il tarixdə Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
"Unikal" xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Səsləndirilən müraciətlər əsasən səhiyyə, icbari tibbi sığorta, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.