Qaxın ucqarda yerləşən Sarıbaş kəndinə güclü qar yağıb.
Bu barədə "Unikal"a kənd sakinləri məlumat veriblər.
Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində kənd ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb. Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar, Qaxın isə ən ucqarda yerləşən kəndidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.
Seymur Əli