"Bakı şəhərində Xətai rayonunda Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidəsi var. Təklif edirəm ki, həmin abidənin ziyarəti rəsmi protokola daxil edilsin".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Məmmədov deyib.
"Azərbaycanda səfərdə olan xarici ölkələrin, beynəlxalq qurumların nümayəndəliklərin həmin abidəni ziyarət etməsi üçün tədbirlər görülsün. Bu abidənin ziyarət olunması məqsədəuyğun olar", - deyə deputat bildirib.
Anar Kəlbiyev