"Əvəllər çox ciddi nəzarət var idi. Təəssüflər olsun ki, hazırda Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar tikilir. Düşünürəm ki, 5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, binalar seymsik izolyatorlar əsasında tikilməlidir:
"Mövcud binlara bu avadanlıqlar yerləşdirilməlidir. Binalar tikilir və vətəndaşların öhdəsinə verilir ki, evlərini təmir etsinlər. Təmir nəticəsində çoxlu qanun pozuntularına rast gəlinir. Lazımi sütunlar vətəndaşlar tərəfindən yararsız vəziyyətə salınır. Bina tikən şirkətlər tam təmirli formada binaları sakinlərə verməlidirlər. Bu məsələlərə nəzarət etməsək, Azərbaycan ərazisində, xüsusilə Gəncə ərazisində böyük fəlakətin olma ehtimalı var. Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələyə nəzarəti artıracaqlar. Şirkətlər daha çox pul qazanmaq üçün vətəndaşlarımızı təhlükəyə atmayacaqlar".
Anar Kəlbiyev