Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.
"Unikal"ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.
Baş prokurorun digər əmrinə əsasən qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.
Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.
Seymur Əli