“Bələdiyyələrin iclaslarının onlayn formada keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul etməliyik”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formatda edə bilsin: “Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər”.
Anar Kəlbiyev