"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"la səfər matçından öncə komandanın sağlamlıq durumu barədə danışıb.
"Unikal" xəbər verir ki, "ağ-qaralar"ın heyətində itkilər var:
"Son oyundan sonra bəzi problemləri aradan qaldırdıq. Lebon, Höccətin ağrıları vardı, məşq etmirdilər. Eddi qayıdıb, lakin 100% hazır deyil. Qarşıda 3 günümüz var, ona görə çalışacağıq ki, ən yaxşı "11-liy"i seçək".
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu fevralın 27-də “Azersun Arena”da saat 20:00-da baş tutacaq.