Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə sahəsinə investisiyalar üzrə köməkçisi Vendi Gilmurla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib.
"Biz NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərq və Qərb arasında əlaqələnmədə rolu, eləcə də regionumuzdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında yaxşı müzakirələr apardıq", - paylaşımda deyilir.