Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Xocalı soyqırımı qurbanlarının qisası alınıb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Prezidentin dəmir yumruğu ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib: "Böyük Qayıdışla Qarabağı yenidən qurularaq özünün sülhsevər siyasətini və siyasi varlığını bir daha sübut etmiş olur. Azərbaycan sülhsevər, ədalətli ölkədir. Xalqımız inanır ki, ölkə başçısının rəhbərliyi ilə Zəngəzur və Laçın dəhlizi açılacaq, bölgəyə sülh və əmin-amanlıq gələcək".
Anar Kəlbiyev