Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, B.Səfərov icra hakimiyyətinin hazırda Bakıda fəaliyyətini davam etdirdiyini deyib: "Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıb. İcra hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda Cənab Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər".
Bayram Səfərov Şuşaya sonunca dəfə nə zaman getməsi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, istədiyi vaxt Şuşaya gedir: "Sonuncu dəfə 3 ay əvvəl Şuşada olmuşam".
Anar Kəlbiyev