"Həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, səfər çərçivəsində danışıqlarımız olacaq: "Rusiya-Azərbaycan gündəliyi genişdir və hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etmək ehtiyacı var. Düşünürəm ki, bu görüş yaxşı fürsət olacaq. İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq".
Anar Kəlbiyev