“26 fevral 1992-ci ildə Xocalı şəhərinə Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində aralarında çoxlu uşaq, qadın və qocanın da olduğu 613 azərbaycanlı mülki vətəndaş həlajk olmuş, yüzlərlə Azərbaycan vətəndaşı yaralanmış və mindən çox azərbaycanlı əsir götürülüb. Bu qətlaim nəticəsində itkin düşənlərin aqibəti indiyədək məlum deyil”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
"31 il əvvəl Xocalıda qətl edilən azərbaycanlı vətəndaşlarımızın ağrısını bu gün də ürəyimizdə hiss edirik. Tarixə qara ləkə olaraq bu insanlıq cinayətini lənətləyirik. Xocalı soyqırımında həlak olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığımızı çatdırırıq".