“Hesab edirəm ki, Rusiya bizim dost, müttəfiq və qonşumuz kimi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına yardım etməkdə xüsusi rola malikdir ”
"Unikal" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
Ölkə başçısı Rusiya hökumətinə və Lavrova bu prosesdə fəal iştirakına görə təşəkkür edib.
Əliyev həmçinin ümidvar olduğunu bildirib ki, 2023-cü il Bakı ilə İrəvan arasında əlaqələrin qurulması baxımından sıçrayış ili olacaq .