"Rusiya prezidenti şəxsən Azərbaycanla müttəfiqlik əməkdaşlığının inkişafına ciddi diqqət yetirir"
"Unikal" xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Prezident Putinlə müzakirə etdiyiniz kimi, nəinki ikitərəfli, həm də regional, hətta haradasa qlobal xarakter daşıyacaq bir neçə meqalayihə hazırlanır. Bir çox tərəfdaşlarımız bu layihələrə maraq göstərirlər. Bu, həm də onun göstəricisidir. Rusiya və Azərbaycanın aparıcı iştirakı ilə bu regionda əməkdaşlıq necə də perspektivlidir”, - Rusiya XİN rəhbəri əlavə edib.
O, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu və bunu hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin yüksək göstəricilərinin də sübut etdiyini qeyd edib. Bundan əlavə, Lavrov Əliyevə rus dilinin dəstəyinə göstərdiyi diqqətə görə təşəkkür edib. “Mən əminəm ki, səfər sizin və prezident Putinin müəyyən etdiyi sahələrdə irəliləməyə kömək edəcək”, - deyə nazir yekunlaşdırıb.
"Həmçinin sizdən xahiş edirəm ki, Vladimir Vladimiroviç Putinə salamlar və ən xoş arzularımı çatdırasınız, həmçinin Heydər Əliyeviç Əliyevin xatirəsinə göstərilən xoş münasibətə görə minnətdarlığınızı bildirəsiniz. Biz bunu həqiqətən yüksək qiymətləndiririk", - deyə Azərbaycan lideri öz növbəsində cavab verib.