"Rusiya digər dövlətlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, eləcə də regionda qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş istənilən səylərini alqışlayır".
"Unikal" xəbər verir ki, bunu bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan lideri İlham Əliyevlə görüşündə deyib.
“Bir çox beynəlxalq həmkarlarımız, o cümlədən bu regiondan uzaqda yerləşən həmkarlarımız Azərbaycan və Ermənistan arasında nizamlanma yolunda irəliləyişdə kömək etməkdə böyük maraq göstərirlər. dəfələrlə qeyd edib ki, biz vəziyyətin sabitləşdirilməsi və burada yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət, qarşılıqlı fayda əsasında, əməkdaşlıq etmək imkanına malik olması üçün şərait yaratmaq maraqlarından irəli gələn hər hansı səyi alqışlayırıq".
Onun sözlərinə görə, regional təhlükəsizlik həm ikitərəfli, həm də çoxtərəfli formatda aktual mövzu olaraq qalır.