"Ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik.
Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər", - dövlət başçısı qeyd edib.