Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasına töhfə verməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya 3+3 formatında əməkdaşlığı da nəzərdən keçirir.