Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə o, Azərbaycanın XİN rəhbəri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

"Biz azərbaycanlı həmkarım Ceyhun Bayramovla daim əlaqə saxlayırıq. Fürsətdən istifadə edərək azərbaycanlı həmkarımı Rusiyaya səfərə dəvət edirəm", - Lavrov qeyd edib. 

Ağarza Elçinoğlu