Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Simonyan hansı təkliflər üzrə konsensus əldə olunduğunu açıqlamayıb. O, bunun prosesə mane ola biləcəyini bildirib və yalnız onu əlavə edib ki, konsensus “beynəlxalq səviyyədə tanınmış prinsiplər”lə bağlıdır.
Simonyan qeyd edib ki, Ermənistan tərəfinin son təkliflərinə Bakının reaksiyası barədə məlumatı yoxdur. Bununla belə, o, növbəti görüşün təşkili ilə bağlı həmişə müzakirələrin olduğunu bildirib.