"Açıq mikrofon" aksiyası fevral ayının son günü Naftalan şəhərində keçirilib.
"Unikal" xəbər verir ki, aksiyada ilk olaraq Gəncə RQİİ-nin rəisi Taleh Şamradov çıxış edib. Region rəisi abonentlərin qaz təchizatında üzləşdiyi problemlərin hər zaman həllinə çalışdıqlarını bildirib. Naftalan Şəhər İcra Hakimiyyəti nümayəndələrinin də iştirakı ilə davam edən aksiyada növbə sakinlərə çatıb. Müraciət edən 15 sakindən 13-ü havaların kəskin soyuduğu zaman qaz təchizatı ilə bağlı heç bir problemin yaşanmadığı üçün SOCAR rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Digər 2 abonentin müraciəti isə işə qəbul və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub. İstər mikrofon önündə, istərsə də mikrofondan kənar edilən hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.