Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Surxay oğlu Bayramov vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Bundan başqa, Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.
İmzalanan digər sərəncamla Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini təyin edilib və nazirin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilib.