Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.
O, paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!”
Xatırladaq ki, yanvarın 11-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edib.