Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir.

"Unikal" Baku TV-yə istinadən xəbər verir ki, işçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər.

Digər tibb ocaqlarında əməkhaqlarının artırıldığını bildirən işçilər onlarda maaşların artırılmadığından da şikayətlənirlər. 

İşçilər, həmçinin maaşlarının kəsildiyini və Səhiyyə nazirliyindən onlara problemin tezliklə həll ediləcəyinə vəd verildiyini deyiblər.

Azərbaycan Tibb Universitetinin prorektoru Samir Əliyev yanvar ayının maaşının tezliklə veriləcəyini bildirib. Digər ayların ödənişlərinin də yaxın zamanda həyata keçiriləcəyini qeyd edib.