Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahodanın seminarları davam edir.

"Unikal" xəbər verir ki, növbəti seminar fevralın 28-də Akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 1-ci və 2-ci tədris ili tələbələri üçün keçirilib.

Onlar təhsil proqramına uyğun seçilən “Əzələ funksiyasının qiymətləndirilməsi” mövzusunda seminar və praktiki təlimdə iştirak ediblər.